Avropa Parlamenti (AP) millət vəkilləri Sergey Lagodinsky və Naço Sançez Amor zəlzələ bölgəsini ziyarət edərək həmrəylik mesajı paylaşıb.
AP-dən verilən yazılı açıqlamaya görə, Türk-Aİ Birgə Parlament Komissiyasının (KPK) Aİ- adından həmsədri olan, Yaşıllar/ Avropa Azad İttifaqı Almaniya millət vəkili Sergey Lagodinsky və AP-nin Türkiye üzrə məruzəçisi və AP Sosialistlər və Demokratlar Proqressiv Alyans qrupu üzvü Naço Sançez Amor zəlzələ bölgəsini ziyarət edib.
Hatay və Qaziantepdə olan millət vəkillərinin birgə açıqlamasında deyilib:
“Bu gün, anlaya bilməyəcəyimiz bir fəlakətə məruz qalan türk xalqına ən səmimi həmrəyliyimizi və dərin bir rəğbətimizi ifadə etmək üçün buradayıq. Aİ-Türkiyə münasibətlərində ən fəal yolda işləyən AP üzvləri kimiş ahidi olduqlarımıza görə dəhşət içindəyik. Aİ bu çətin günlərdə Türkiyənin yanında çiyin-çiyinə olmağa davam edəcək. Aİ sürətli şəkildə xilasetmə qrupları, xəstəxanalar və humanitar avadanlıqları təmin etməklə tez bir zamanda həmrəylik göstərdi, lakin zəlzələdən təsirlənmiş çox sayda insanın əsas ehtiyaclarını ödəməyə kömək etmək üçün yardım prosesi davam etməlidir. Mart ayı üçün planlaşdırılan donorlar konfransının daimi, effektiv və şəffaf yardım təmin etmək mövzusunda uğurlu olmasına imkan yaratmalıyıq”.
Xatırladaq ki, Kahramanmaraş mərkəzli 6 fevralda meydana gələn zəlzələlərdə can itkisi 44 minə yaxınlaşıb.