image-defaultbackend

Avropa polislərinin UNİKAL ƏMƏLİYYATI: 5 ölkə onu tutmaq üçün birləşdi

image-reklam_sirab_01

5 Avropa ölkəsi kokaini Avropaya ötürən narkotik şəbəkəni ələ keçiriblər. Vətəninfo.az xəbər verir ki. bu əməliyyatda Avropa polislərinə Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları da dəstək verib. Altı müxtəlif ölkənin hüquq-mühafizə orqanları Avropada kokain ticarətinin təxminən üçdə birinə nəzarət edən narkotik alverçilərinin “super kartelini” ləğv etmək üçün birləşib.

İstintaq zamanı 49 şübhəlinin həbs edildiyini və Avropa və Birləşmiş Ərəb Əmirliklərində son reydlərin noyabrın 8-dən 19-dək həyata keçirildiyini bildirib.

Agentlik bildirib ki, “Səhra işığı” əməliyyatında iştirak edən polis qüvvələri Avropada narkotik ticarətinin həm komanda-idarə mərkəzinə, həm də loqistika infrastrukturuna zərbələr endirib.

 İspaniya, Fransa, Belçika, Hollandiya və BƏƏ-də aparılan araşdırmalar nəticəsində 30 tondan çox narkotik maddə ələ keçirilib. Europolun məlumatına görə, çirkli pulların yuyulması ilə də məşğul olan təşkilatın sıradan çıxarılmasında ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi rol oynayıb.

Şübhəlilərin nəzarəti və əmri ilə Avropaya daxil olan kokainin miqyasının böyük olduğunu deyən Europol, şübhəlilərin narkotik daşımalarını təşkil etmək üçün şifrəli mesajlardan istifadə etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki