Dövlətimizin başçısı görüş zamanı ötən əsirdən davam edən Azərbaycan – Ermənistan münasibətlərindən bəhs edərək Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyindən, Azərbaycan torpaqlarının işğaldan azad olunmadığından və məcburi köçkünlərin geri qayıtması təmin edilmədiyini, Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədiyindən və müvafiq sanksiyalar tətbiq olunmadığını qeyd etdi. İlham Əliyev bildirdi ki, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olduğunu vurğuladı. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmədiyindən bildirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Belə olan halda antiterror tədbirləri qaçılmaz oldu.
Ancaq ölkəmizin uğurlarını qəbul etmək istəməyən ölkələr davamlı olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurlar. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür ki, regionda vəziyyətin gərginləşməsininə səbəbkarıdır, regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür.
Prezident İlham Əliyev bir məsələyə də xüsusi diqqət çəkərək qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.
Vüsalə Kazımova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin Sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçı