“Real Madrid”in yeni baş məşqçisi olacağı gözlənilən Joze Mourinyo artıq komandanın gələcək heyəti ilə bağlı planlarını qurmağa başlayıb.
Mourinyo rəhbərlikdən yaradıcı yarımmüdafiəçi transferi tələb edib.
Bu, “Real Madrid”in gənc ulduzu Arda Gülərin gələcəyi ilə bağlı suallar yaradıb.
Mənbənin iddiasına əsasən, Mourinyonun istəyi fonunda klubun hazırda “Komo”da çıxış edən sabiq futbolçusu Niko Pazı geri qaytarması mümkündür.
Bu transfer baş tutacağı təqdirdə yarımmüdafiədə rəqabət daha da artacaq və Arda Gülərin əsas heyətdəki mövqeyi təhlükə altına düşəcək.
Qeyd edək ki, Niko Paz Madrid klubunun yetirməsidir və ötən yay “Komo”ya transfer olunub. “Real Madrid”in futbolçunu geri almaq hüququnun olduğu bildirilir.Teleqraf


























