image-88backend

Avropa Şurasından  qalmaqallı qərar:Türkiyəyə qarşı sanksiyalar 1 il müddətinə uzadıldı 

image-reklam_sirab_01

Avropa Şurası Şərqi Aralıq dənizində qazma fəaliyyətinə görə Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların 2023-cü il noyabrın 12-dək uzadılmasına qərar verib. Vətəninfo.az xəbər verir ki, sanksiyalara Avropa İttifaqı ölkələrinə səfərlərin qarşısının alınması və Şərqi Aralıq dənizində qazma işləri aparan şəxslər və qurumların aktivlərinin dondurulması daxildir.

Avropa Şurasının internet saytında və Twitter hesabında edilən açıqlamada, Türkiyənin Şərqi Aralıq dənizində icazəsiz neft axtarış fəaliyyətləri etdiyi iddia edilən qərarın səbəbi göstərilib.

AB-dən qalmaqallı qərar! Türkiyəyə qarşı sanksiyalar 1 il müddətinə uzadılıb

Türkiyənin Şərqi Aralıq dənizində neft kəşfiyyatı fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı 2019-cu ilin noyabrında sanksiyaların hüquqi çərçivəsini razılaşdırıb, lakin sanksiyalar siyahısını daha sonra doldurmağa qərar verib. 2020-ci ilin fevral ayında Türkiyə Neft Şirkətinin (TPAO) iki rəhbəri sanksiya siyahısına salınıb. 11 noyabr 2020-ci ildə Birlik Türkiyənin Şərqi Aralıq dənizində seysmik tədqiqat fəaliyyətləri ilə əlaqədar mərhələli sanksiya tətbiq etmək qərarına gəlib. Ötən ilin  noyabrın 11-də sanksiyalar bir il müddətinə uzadılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki