image-1backend

Avropa Şurasının prezidenti vəzifəsini tərk edir

image-reklam_sirab_01

Mandatı 2024-cü ilin noyabr ayının sonunda başa çatan Avropa Şurasının hazırkı prezidenti Çarlz Mişel Avropa Parlamentinə seçkilərdə iştirak edəcəyini və yayda vəzifəsini tərk edərək Avropa Parlamentinin deputatı kürsüsünə keçəcəyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Dünən Belçikanın “Soir” nəşri yazıb ki, Mişel qarşıdan gələn Avropa Parlamentinə seçkilərdə “İslahat Hərəkatı” Belçika liberal partiyasının namizədləri siyahısına başçılıq edə bilər.

Mişel Belçikanın aparıcı KİV-lərinə müsahibəsində “2024-cü ilin iyununda keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldim” deyib.

O, aydınlaşdırıb ki, Avropa İttifaqı Şurasının sədri vəzifəsi Avropa Parlamenti üzvünün işi ilə birləşdirilə bilməz, ona görə də o, iyulun 16-na, yeni Avropa çağırışının deputatlarının andiçmə gününə qədər istefa verəcək.

Mişel həmçinin bildirib ki, Avropa İttifaqının dövlət və hökumət başçıları iyunun sonu-iyulun əvvəlində Avropa Şurasının yeni prezidentinin seçilməsi üçün sammitə toplaşacaqlar. O, ümid etdiyini bildirib ki, varisi yayda bu vəzifəyə keçəcək. Əks halda, Avropa İttifaqı Şurasının rəhbərinin funksiyaları hazırda Aİ Şurasına sədrlik edəcək Macarıstana verilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki