image-ser-kobackend

Avropa yeni müharibənin astanasında: “Beşlik” ölkələrindən ŞOK XƏBƏRDARLIQ

image-reklam_sirab_01

“Beşlik” ölkələrinin (Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya prezidenti Aleksandr Vuçiçə ultimatum göndərərək, Kosovonun şimalındakı barrikadaların 24 saat ərzində aradan qaldırılmasını tələb ediblər.

Bu barədə Balkanlarda yayımlanan “Pink” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, diplomatlar Vuçiçə məktub göndərərək xəbərdarlıq ediblər ki, əks halda Kosovonun Baş naziri Albin Kurti Kosovonun şimalındakı serblərə qarşı güc aksiyası üçün kart-blanş alacaq.

Bundan əvvəl Serbiya mediası bazar günü axşam Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin bölmələrinin Kosovo və Metoxiyanın şimalındakı Zubin-axın yaşayış məntəqəsinin yaxınlığındakı barrikadalarda yerləşən serblərə hücum etdiyini bildirmişdi. Hadisədən sonra prezident Vuçiç baş nazir Anna Brnabiç və ölkənin Hərbi Hava Qüvvələri Komandanlığı ilə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Kosovo və Metoxiyada gərgin vəziyyət davam edir. Dekabrın 10-da Kosovo serbləri Priştinanın hərəkətlərinə etiraz edərək vilayətin şimalında magistral yollarda barrikadalar qurublar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki