image-0000backend

Avropa yeni müharibənin astanasında: Serbiya Kosovanı hədələdi

image-reklam_sirab_01

Avropa yeni müharibənin astanasındadır.  Serbiya və Kosovo arasında gərginliyin artması ilə bağlı NATO hərəkətə keçib. Vətəninfo.az xəbər verir ki, iki Avropa ölkəsi müharibə həddinə çatıb. Kosovo hökumətinin Serbiya ilə sərhəd keçidlərində tənzimləmə aparmasından  sonra iki ölkə arasında gərginlik artdıqda, NATO işə qarışıb. NATO-nun baş katibi Yens Stoltenberq Kosovonun baş naziri Albin Kurti və Serbiya prezidenti Aleksandr Vuçiçlə telefon danışığında tərəfləri “gərginliyi artırmamağa” çağırıb. Lakin bu danışıqlara baxmayaraq Serbiya rəhbəri Kosovanı hədələyib.

Danışıqlarla bağlı sosial media hesabından açıqlama verən Stoltenberq, “Hər ikisini gərginliyi artıra biləcək birtərəfli hərəkətlərdən çəkinməyə çağırdım. Dialoq tək irəliləyişdir.” O, Kosovanın  NATO  Sülhməramlı Qüvvələrinin (KFOR) nəzarətində olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki