image-4444backend

“Avropada baş verənlər sabah Şərqi Asiyada da baş verə bilər” – Stoltenberqdən müharibə anonsu

image-reklam_sirab_01

“Çin Rusiyanın Ukraynaya hücumlarının nəticəsini diqqətlə izləyib və onun gələcək qərarlarına təsir edə biləcək dərslər alıb.” Vətəninfo.az xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi  Yens Stoltenberq Şərqi Asiya səfəri çərçivəsində getdiyi Yaponiyanın paytaxtı Tokioda Keio Universitetində etdiyi çıxışında deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Çin Rusiyanın Ukraynaya hücumlarının nəticəsini diqqətlə izləyib və onun gələcək qərarlarına təsir edə biləcək dərslər alıb.

Y.Stoltenberq  bildirib ki, Yaponiya mühüm qlobal aktyordur. O, sülhü fəal şəkildə dəstəkləyir. NATO bunun üçündür.

” Terrorizmdən iqlim dəyişikliyinə, kiber təhdidlərə və nüvə silahlarının yayılmasına qədər qlobal çağırışlar artıb.  Qlobal nizam təhdid altındadır. Rəsmi Moskva və Pekin avtoritar müxalifətin ön sıralarındadır. Ukraynaya hücumlardan bir il keçdi. Bu müharibə Avropada sülhü sarsıtdı.  Şimali Koreyanın da raket sınaqları beynəlxalq təhlükəsizliyi təhdid edir.    Çinin Hind-Sakit okeanında təsirinin artırmasından narahatıq.  Əgər Rusiya müharibədə qalib gəlsə, rəsmi Moskva və Pekinə mesaj olacaq ki, onlar kobud güclə istədiklərinə nail ola bilərlər. Bu gün Avropada baş verənlər sabah Şərqi Asiyada da baş verə bilər.  Müharibə sadəcə bir Avropa böhranı olmadı, qlobal təhlükəsizlik və sabitliyə meydan oxudu.  Çin yaxından izləyir və gələcək qərarlarına təsir edə biləcək dərslər öyrənir.” -deyə Y.Stoltenberq  bildirib .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki