image-326775571_1323677705083301_7399984940955911234_nbackend

“Avstriya İran casusları və təhlükəsizlik orqanları üçün “cənnət”ə çevrilib” – SENSASİON İDDİA

image-reklam_sirab_01
Avstriyanın təhlükəsizlik xidməti yaydığı hesabatda ölkədə ən çox casusluq fəaliyyətinin İran, Rusiya və Çin tərəfindən həyata keçirildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Avstriyanın Qanun Müdafiəsi və Terrorizmlə Mübarizə Təşkilatı bildirib ki, İran rejimi Avstriyada geniş miqyasda casusluq fəaliyyətləri həyata keçirir və Avropanın mərkəzində yerləşən bu ölkə İran casuslarının fəaliyyəti üçün “cəlbedici” yer satılır.
“Jerusalem Post” qəzeti sözügedən qurumun son hesabatına istinadən yazıb ki, Avstriyada casusluq cinayətləri və cinayətkarlara qarşı qeyri-çəkindirici və yüngül cəzalar tətbiq edildiyi üçün bu ölkə İran, Çin və Rusiyanın casusluq fəaliyyəti üçün cənnətə çevrilib.
Hesabata görə, İranın təhlükəsizlik və kəşfiyyat orqanları bir neçə ildir ki, Avstriyada casuslar şəbəkəsi yaradıb. SEPAH-ın Qüds qanadı xaricdəki fəaliyyətlərinə görə xarici casusluq əməliyyatlarında və məlumatların toplanmasında mühüm rol oynayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki