Vətəninfo.az xəbər verir ki, ABŞ rəsmisi nəşrə bildirib ki, “Artıq iki aydır ki, Hörmüz boğazının cənub gəmiçilik zolağına nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) narahatçılıq yarada bilər, amma onlar boğaza nəzarət etmirlər. Biz bunu edirik”.
Mənbələrə görə, boğazdan gündə təxminən 10 milyon barel neft çıxarılır. Axios xəbər verir ki, bu, müharibədən əvvəlki həcmin təxminən yarısıdır.
Mənbələr əlavə edib ki, son bir neçə həftə ərzində Fars körfəzindən 15-20 milyon barel neft ixrac edildiyi gecələr olub.
Qeyd olunur ki, Hörmüz boğazını izləyən xüsusi qrup Şimali Karolina ştatının Fort Braqq şəhərindəki Ordu qərargahında yerləşir. O, əməliyyatlarını Fars körfəzindəki regional tərəfdaşları ilə əlaqələndirir.
Mənbələr qeyd edib ki, İran hakimiyyəti hazırda yalnız bərpa edə bildiyi bir neçə radar vasitəsilə, eləcə də İİKK-nın kiçik sürət qayıqlarındakı müşahidəçilərinin köməyi ilə izləyə bilir.
Axios mənbələri bildirib ki, boğazdan ixrac edilən neftin həcmi müharibədən əvvəlki səviyyələrdən aşağı qalsa da, bu daşımalar qlobal tədarükə əhəmiyyətli dərəcədə təsir göstərir.


























