Axios mənbələrə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə Tehranla razılığa gəlmək ehtimalına şübhə ilə yanaşdığını bildirib.
Vətəninfo.az xəbər verir ki, nəşr qeyd edir ki, “Prezident Trampla görüşü zamanı Netanyahu İranla razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşıb və İrana “kinetik və qeyri-kinetik vasitələrlə” iqtisadi təzyiqin artırılmasını müzakirə edib”.
Qeyd olunur ki, görüşdə Amerika liderinin nəzərdən keçirdiyi İrana qarşı gələcək hərəkətlər üçün üç mümkün ssenari müzakirə olunub: danışıqların davam etdirilməsi və mümkün razılaşma, artan iqtisadi təzyiq və dəniz blokadası, eləcə də hərbi əməliyyatların bərpası.
Portalın məlumatına görə, tərəflər bütün variantları ətraflı müzakirə ediblər.


























