Vətəninfo.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, yoxlamalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən aparılır.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.