image-downloadbackend

AZAL-ın Yükdaşıma Xidmətinin şöbə rəisi niyə intihar edib? – EVİNİN QARAJINDA ÖZÜNÜ ASDI

image-reklam_sirab_01

Vətəninfo.az-ın əldə etdiyi  məlumata görə, bir neçə gün öncə AZAL Hava Yolları Dövlət Konserni QSC-nin Yükdaşıma Xidtənin şöbə müdiri olan Elxan  Əzimov  Əmircandakı bağ evində intihar edib.

Məlumata  görə, hadisə günü saat 11-dək işdə olan şöbə müdürünü  sürücüsü evə aparıb.

Təxminən saat 13 radələrində şöbə müdürü evinin qarajında  ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.

Özəl mənbəmiz iddia edir ki, şöbə müdirinin intiharına səbəb Yükdaşıma Xidmətində baş verən yeyinti və bir müddətdir bu xidmətdə aparılan  ciddi yoxlamalardır.

Məlumata görə, ötən gün Yükdaşıma Xidmətinin daha bir işçisi intihar edib. Mənbəmiz bildirir ki, dünən intihar edən işçi də şöbə müdürünə yaxın şəxs olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki