image-bc3bctc3b6v-azc999rbaycanbackend

“Azərbaycan adını dəyişmək təklifi qəbuledilməzdir” – Tarixçi alim

image-reklam_sirab_01

“Bu günlərdə Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı düşmənçilik siyasətini pislədi”.

Vətəninfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək: “Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”.

Millət vəkilinin bu təklifi indiki zamanda hanı reallığı əks etdirir? . Vətəninfo.az tarixçi -alim Faiq Ələkbərlinin fikirləri öyrənib.

Tarixçi alim hesab edir ki, Azərbaycanın adını dəyişmək ciddi bir addımdır.

“Vaxtilə bu dövlətə Azərbaycan adı verənlər  bütöv  Azərbaycanı nəzərdə tuturdular.O zamankı tarixi şərait bir daha göstərdi ki, biz ölkəmizə Azərbaycan adını qoymaqla düzgün qərar qəbul etmişik. Bu ad gələcək Güney Azərbaycan adlı dövlətin yaranmasına maneə olmaz. Azərbaycan adını dəyişmək təklifi isə qəbuledilməzdir” -deyə tarixçi alim əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki