image-373485606backend

“Azərbaycan bir olsun, lideri Əliyev olsun” şüarı İranı necə qorxuya salıb?

image-reklam_sirab_01
İran mediası Azərbaycana qarşı növbəti təxribatçı yazı yayımlayıb. Vətəninfo.az xəbər verir ki,  “Donya-e-eqtesad” saytı Azərbaycan rəsmilərini təhqir edən yazı yayımlayıb.
Sayt yazır:” Azərbaycan Prezidenti Zəfər günü mərasimində Azərbaycan Respublikasının sərhədində hərbi təlimlərin keçirilməsinin Bakını qorxutmadığını iddia edib. Bununla Əliyev bu yaxınlarda İranın öz şimal sərhədlərində və Araz çayının kənarında keçirdiyi hərbi təlimi nəzərdə tutur. Amma bu təxribatçı bəyanatlar İran XİN sözçüsü Naser Kənaninin reaksiyası ilə qarşılandı: “İranın hər hansı qonşu ölkə ilə münasibətləri möhkəmləndirməsi digər qonşu ölkəyə qarşı münasibət demək deyil”.
Bununla bağlı Cənubi Qafqaz üzrə iranlı baş ekspert Salar Seyfəddini “donya-e-eqtesad” qəzetinə müsahibəsində deyib: “Azərbaycan Şahçıraq ziyarətgahına hücumda əli olması ilə bağlı ittihamı hələ də təkzib etmədiyi halda, Əliyevin sözləri bu təhdidlərin davamı kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, İran rəsmilərin Ali Baş Komandan İlham Əliyevin Şuşadakı çıxışlarından qorxuya düşüb. Son günlər İranın bir çox şəhələrində Azərbaycan prezidenti  İlham Əliyevin şəkillərinin divarlara vurulması, həmçinin “Azərbaycan bir olsun, lideri Əliyev olsun” şüarı molla rejimini ciddi qorxuya salıb.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki