Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Naxçıvana səfəri bir çox məsələlərə aydınlıq gətirdi. Türkiyə prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə birgə bir neçə açılış etdilər. Türkiyə prezidentinin Naxçıvana səfəri Azərbaycan Televiziyasının efirində müzakirə edilib.
“Türkiyə prezidentinin səfəri onun yanında olduğunu bir daha nümayiş etdirdi. Həm bunu BMT tribunasından deyən Türkiyə prezidenti, həm də anti-terror tədbirlərinin getdiyi ərəfədə, həm də bu tədbirlərdən sonra Naxçıvana səfəri həmrəyliyimizin bariz nümünəsidir.” – bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili bildirib ki, 30 il ərzində BMT bir sutkada həll ediləcək problemi həll edə bilmirdi.
“Azərbaycan bütün dünyaya sübut etdi ki, bu problemi cəmi 24 saata həll etmək mümkündür.”-deyə Cavanşir Feyziyev bildirib.