image-fikret-quliyevbackend

Azərbaycan erməni təxribatlarına, ümumiyyətlə düşmənin separatçı siyasətinə qarşı çıxa bil­mək üçün güclü iradəyə  və yenilməz orduya sahibdir

image-reklam_sirab_01

Artıq ölkəmizdə yeni dönəm başlayıb. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə düşmən təxribatlarının qarşısını almaq üçün həmişə müsəlləh əsgərdir. Dünya bunu 27 sentyabr 2020-ci il tarixində başlanan əks-hücum əməliyyatı zamanı da gördü, 12-13 sentyabr 2022-ci ildə də. Lakin Ermənistan-Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həlli belə hesab etmək olar ki, bu gün də mümkünsüz görünür.

Birinci Qarabağ mü­ha­ribəsində xalqımız bütün zərbələri eyni hədəfə vurmaqla özünün Vətən məhəbbətini aydın göstərmişdi, İkinci Vətən müharibəsində bu proses eyni ardıcıllıqla davam etdi. Hətta atəşkəs dövründə də Mübarizlərin, Fəridlərin, Poladların… gös­tər­diyi rəşadət torpaqlarımız uğrunda yüksək əzm kimi qiymətləndirilir.

Çox sevindirici haldır ki, Azərbaycan erməni təxribatlarına, ümumiyyətlə düşmənin separatçı siyasətinə qarşı çıxa bil­mək üçün güclü iradəyə və yenilməz orduya sahibdir. Həmçinin, bu gün Azər­bay­can­da milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var. Bu modeli şanlı ordumuz 2020-ci ildə 44 gün çəkən Vətən mü­haribəsində də isbat etdi. Bu, həm də onu göstərdi ki, dövlət quruculuğu, to­r­­paq­­la­rı­mızın işğaldan tam azad edilməsi, mü­zəffər Azərbaycan ordusunun qazandığı na­iliy­yətlər cənab İlham Əli­yevin fəaliyyət strategiyasında son məqsəd deyil…

Azərbaycanın yaratdığı yeni reallıqları Ermənistan qəbul etməli, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Bu ölkə uzun illər ərzində beynəlxalq münasibətlər sisteminin obyekti kimi regionda gərginliyin yaradılması üçün istifadə olunub. Regionun bugünki durumu da göstərir ki, Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalıdır. Mühribənin başa çatmasından ötən 2 il ərzində mina terrorunun can almaqda davam etməsi, sülh müqaviləsinin hələ də imzalanmaması Ermənistanın dünyadakı hərbi cinayətkar və terrorçu ölkə imicini bir daha təsdiqləyir. Çünki mina problemi Ermənistanın hərbi hücumlarını asanlaşdıraraq, Azərbaycan üçün müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını yubadır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu təxribatçı davranışa görə Ermənistanı qınamalıdır.

Bu gün bütün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclüdür. Biz xalq olaraq həm ərazi bütövlüyümüzün bərpasını, həm də sərhədlərimizi möhkəmləndirməyin sevincini yaşayırıq. Azərbaycanın qəhrəman oğulları qanları bahasına ərazilərimizin bütövlüyü naminə canından keçib. Onların əziz xatirəsi qarşısında baş əyirik. Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir ki, bu gün Ermənistanda siyasi və sosial xaos hökm sürür.

Təxminən 30 il ildir Ermənistan rəhbərliyi ikibaşlı dav­ra­nışı, təxribat xarakterli çıxışları, düşmən münasibəti ilə diqqət mərkəzindədir. Dünya dövlətləri bunu görür, lakin susur. Bu da bəşəri ədalət normalarının, dünyəvi haqq prinsiplərinin çox ciddi şəkildə pozulmasıdır.

 

 

Fikrət Quliyev

Suraxanı rayonu Yeni Suraxanı

bələdiyyəsinin sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image