image-reklam-veteninfo
image-1backend

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

image-reklam-veteninfo

Gədəbəy stansiyasından 53 km cənubda Azərbaycan-Ermənistan sərhədində Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

Bildirilib ki, zəlzələ 3,9 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.

***

Bu arada, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti xəbər verir ki, Vardenis şəhərindən 26 km şimal-şərqdə 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrdə intensivliyi Rixter şkalası üzrə 5,0 bal olub.

Zəlzələ Vardenis, Martuni şəhərlərində və Geğarkunik bölgəsinin Sotk, Tsovak, Vardenik, Karçaqbyur, Tsovinar və Kut kəndlərində hiss olunub; onun gücü 2-3 bal olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki