image-image_750x_637e74f6a43b7backend

“Azərbaycan- Ermənistan sərhədinə sülhməramlılar yerləşdirilə bilər”  – Peskov 

image-reklam_sirab_01

“KTMT sammiti zamanı Ermənistan və Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi mövzusuna toxunulub, Rusiya Federasiyası nizamlanmada iştirakını davam etdirəcək,” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vətəninfo.az xəbər verir ki, Peskov daha sonra bunları qeyd edib:“Bu mövzuya kifayət qədər səmimi, çox birbaşa, konstruktiv şəkildə toxunulub, hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var, amma bu mövzu gündəmdədir”.

Peskov vurğulayıb ki, Rusiya tərəfi sülh yolu ilə nizamlanmaya gətirib çıxaracaq bütün mümkün səyləri alqışlayır.

“Ancaq Rusiyanın özü çox mühüm rol oynamaqda davam edir. Rusiyanın bütün təklifləri İrəvan və Bakı tərəfindən təsbit edildi. Və biz xidmətlərimizi o dərəcədə göstərməyə davam edəcəyik ki, ölkələrin bu xidmətlərə ehtiyacı olacaq”, – Peskov bildirib.

O, həmçinin əlavə edib ki, KTMT xidmətlərinə tələbat var.

Peskov xatırladıb ki, sərhəddə vəziyyət gərginləşdikdən sonra hesabat hazırlamaq üçün səlahiyyətli şəxslərdən ibarət nümayəndə heyəti göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki