image-lacin-dehlizibackend

Azərbaycan Laçın dəhlizində Nəzarət Buraxılış Məntəqəsi quraşdırır: aprelin 15-də işə düşəcək

image-reklam_sirab_01

Ermənistanın Qarabağdakı separatçılara silah-sursat göndərməsi faktı artıq təsdiqlənib. İndiyə qədər Azərbaycan tərəfi bunu videogörüntülərlə dəfələrlə sübut edib. Hərçənd ermənilər ənənələrinə uyğun olaraq, bunu inkar edirlər. Lakin fakt faktlığında qalır.

Azərbaycan XİN-i və Müdafiə Nazirliyi martın əvvəllərində Laçın dəhlizi üzərində Nəzarət Buraxılış Məntəqəsinin qurulmasının zəruri olduğunu bəyan edib. Bununla bağlı, Rusiya tərəfi ilə də danışıqlar aparılıb. Düzdür, Kreml hər vəchlə belə bir NBM-in qurulmasında maraqlı olmadığını açıqlayıb. Lakin bu heç nəyi dəyiuşmir. Çünki söhbət Azərbaycan daxilində terrorçuların silahlandırılmasından və ölkənin təhlükəsizliyindən gedir.

Qeyd edək ki, Ermənistan tərəfi Laçın dəhlizinin Şuşa-Xankəndi yolu üzərində 114 gündür aksiya keçirən ekofəalların yolu bağlaması səbəbindən separatçılara dağ yolları ilə silah ötürdüyü dəqiqdir. Həmin yolların bağlanması məqsədi ilə Azərbaycan Ordusu martın 25-də əməliyyat keçirərək, Laçın dəhlizi boyunca (5 km) bütün yüksəklik və mühüm ərazilərə nəzarəti bərpa edib. Nəticədə, Ermənistanla sərhəddə 11 hərbi post qurulub. Ordumuzun yerləşməsi və təminatı üçün bütün mühəndis işləri həyata keçirilib.

Bu gün məlum olub ki, Azərbaycan tərəfi Laçın dəhlizinin başlanğıc nöqtəsində Nəızarət Buraxılış Məntəqəsini quraşdırmağa başlayıb.Yeni NBM-in quraşdırılmasında metal konstruksiyadan istifadə olunur. Qısa müddət ərzində isə quraşdırma işi başa çatdırılacaq.

Həmin məlumata görə, ən geci aprelin 15-nə kimi NBM təhvil verilməli və işlək hala gətirilməlidir. Orada xüsusi avadanlıqlar hesabına keçən yükləri yoxlamaq mümkün olacaq.

Həmin NBM-də rus sülhməramlılarının da iştirak edib, etməyəcəyi məsələsi hələlik açıq qalıb. Ermənistan tərəfi rusların prosesdə iştirakını istəsə də, Azərbaycan tərəfi məsələyə isti yanaşmır.

Nəzərinizə çatdıraq ki, rəsmi Bakı bu barədə hər hansı açıqlama verməyib. Güman edilir ki, NBM quraşdırıldıqdan sonra bu barədə açıqlama veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki