image-sedai-velibeylibackend

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurması xalqımızın zəfər hissini bir qədər də möhkəmləndirdi

image-reklam_sirab_01

Ali Baş Komandan İlham Əliyevin Ermənistan üzərindəki psixoloji qələbəsi: həm erməni cəmiyyəti, həm də hakimiyyəti bədbinliyə qapılıb və çarəsiz vəziyyətdə çıxış yolu axtarır, məğlubiyyətin şokunu yaşayır. Azərbaycanın erməni təxribatına verdiyi sərt və tutarlı cavab, rəsmi İrəvanla yanaşı, ölkə vətəndaşları arasında da ciddi qorxu və ruh düşkünlüyü, mərkəzi hakimiyyətin siyasi təsirinə və ordunun gücünə inamsızlıq yaradıb. Hazırda Ermənistanda xaos hökm sürür. Erməni cəmiyyəti siyasi hakimiyyətdən məğlubiyyətin hesabını tələb edir, baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Prezident İlham Əliyevin Ermənistan üzərindəki siyasi qələbəsi: ilk növbədə Azərbaycan dünyaya bir daha bəyan etdi ki, hər hansı beynəlxalq gücün siyasi təzyiqindən, hədə ritorikasından çəkinmir və Azərbaycanın suverenliyini təhdid edən istənilən addıma anında cavab verməyə hazırdır.

Ermənistanın 2022-ci il sentyabr təxribatı Qafqazda sabitliyin və təhlükəsizliyin ciddi şəkildə pözulması faktıdır. Sentyabrın 12-si və 13-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində baş verənlər bir növ, Ermənistanın iki il əvvəl, iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatın təkrarıdır və Azərbaycan ordusu ərazi bütövlüyümüzü və təhlükəsizliyimizi qorumaq üçün bu dəfə də Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək məcburiyyətində qaldı. Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələrinin müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulması Ermənistanın vəhşi-düşmən xarakterinin bariz sübutudur.

Azərbaycan Ordusunun bu istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən erməni hərbi birləşmələrinə qəti və layiqli cavab verməsi, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurması xalqımızın Zəfər hissini bir qədər də möhkəmləndirdi.

Bəllidir ki, Ermənistanın hələ də davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində separatçılar tərəfindən Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması, nəhayət, 12-13 sentyabrda başlanan genişmiqyaslı təxribatlar düşmən ölkənin Qafqazda sülh siyasətini rədd etmək anlamı daşıyır.

Ermənistanda isə tam əksinə – Paşinyanın nüfuzlu siyasətçilərin toplaşdığı sammitə getməyə üzü yoxdur. Bu məqam 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatın imzalandığı anları xatırladır. Paşinyan həmin vaxt üçtərəfli bəyanatı kameralar önündə imzalamaqdan imtina etmişdi. İndi isə nüfuzlu liderlərin toplaşdığı sammitə getməməklə Ermənistanın Azərbaycanın qarşısında siyasi baxımdan da uduzduğunu dünyaya bəyan etmiş oldu və regionunun aparıcı liderlərinin iştirak etdiyi sammitdə Cənubi Qafqazın, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı aparılacaq siyasi müzakirələrdə iştirak şansını itirdi.

Bu gün dünyada mövcud ədalətsizliklər, siyasi riyakarlıq, başqa dövlətlərin ərazisində gözü olan Ermənistana qarşı tutulan güzəştli mövqe var. Bəzi dairələrdə mövqelərini digər dövlətlərin maraqlarına istiqamətləndirən qüvvələr mövcuddur. Onu da görürük ki, Ermənistanın hiylə və yalanları artıq sistem halını almış, təhdidlər, diversiyalar nəinki real cəbhədə, eyni zamanda Ermənistan hakimiyyətinin ayrı-ayrı siyasi bəyanatlarında və bu günün reallığını əks etdirən müxtəlif informasiya platformalarında, habelə sosial şəbəkələrdə də özünü göstərir.

 

Sədai Vəlibəyli

Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image