image-a029e19d-3f1d-336d-b965-e46d0461dfb7_850-1backend

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

image-reklam_sirab_01

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

“Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki