image-indirbackend

Azərbaycan öz istəyinə necə nail olacaq?

image-reklam_sirab_01

Cəbhədə baş verənlər əslində yeni müharibənin anonsudur. Uzun müddətdir ki, rəsmi İrəvan müharibə hazırlığında idi. Bunu ermənilər danışıqlar prosesindən yayınanda erməni mətbuatı etiraf etmişdi. Ermənistan danışıqlar prosesindən yayınmaqla yeni savaş anonsunu vermişdi. Onlar bu prosesdə İran və Hindistandan müasir silahlar alaraq müharibəyə hazırlaşdıqlarını nümayiş etdirirdilər. Bundan sonra bir neçə dəfə təxribata əl atan ermənilər çox irəli gedə bilməyəcəklərini anlamışdılar. Daha sonra Azərbaycandan BMT-yə şikayət etməklə məsələni beynəlxalq müstəviyə çıxartmaq istədilər. Onların bu təxribatı da alınmadı. O zaman daha bir təxribata əl ataraq Qarabağda vəziyyəti gərginləşdirməyə başladılar. Əslində Kəlbəcərdə Zod istiqamətində baş verənlər ermənilərin növbəti təxribatının tərkib hissəsidir. Azərbaycanın ermənilərin bu təxribatlarına cavabı necə olacaq?

Artıq Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq Ermənistana xəbərdarlıq edib.

Bu xəbərdarlıq o deməkdir ki, Azərbaycanın cavabı amansız olacaq.

Görünən odur ki, ermənilər bu xəbərdarlıqdan nəticə çıxarmadılar. Və dərhal Azərbaycan ordusu düşməni yerində oturtmağa ba.ladı. Erməni mediasının məlumatına görə artıq 4 hərbiçi itiriblər. Bundan  sonra   Azərbaycanın yalnız bir yolu qalır. Azərbaycan ərazisini atəşə tutuan ermənilərin mövqe tutduğu hakim yüksəklikləri ələ keçirtmək.

Artıq hadisələr onu göstərir ki, Azərbaycan ordusu düşmənə layiqli cavab verir və onların mövqe qurduqları hakim yüksəklikləri nəzarətə götürür.

Allah ordumuzu qorusun.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image