image-1682417395_1608181_pg30xvtisvbackend

Azərbaycan Qarabağı tam nəzarətə götürür – “Kommersant” yazır

image-reklam_sirab_01

Laçın dəhlizində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulması o deməkdir ki, indi Azərbaycan hərbçiləri logistikaya tam nəzarət edirlər. İrəvan bu tədbirin cavabında yalnız hiddətlənə bilər.

Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kommersant” qəzetində dərc edilmiş “Ermənistan məntəqə qarşısında qalıb. Azərbaycan Qarabağı tam nəzarətə götürməyə yaxınlaşır” sərlövhəli məqalə bu mövzuya həsr edilib.

Materialda qeyd edilir ki, nəzarət-buraxılış məntəqəsi qurulması həm İrəvanda, həm də Qərbdə və Rusiyada narahatlığa səbəb olub. Lakin bu qəbildən olan bəyanatlar Bakıya ciddi təsir göstərməyib.

Nəşrin Rusiya dövlət strukturlarındakı müsahibinin, – regionda vəziyyətlə yaxşı tanış olan şəxsin, – fikrincə, hadisələrin bu cür gedişi qanunauyğun haldır. Onun sözlərinə görə, Bakını narazı salan məqam ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanat imzalanandan bəri Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də kommunikasiya məsələləri (o cümlədən Naxçıvana dəhliz açılması kimi prinsipial məsələ) əvvəlki vəziyyətdə qalıb. Nəşrin müsahibi deyib: “Bu səbəbdən mümkün qədər təzyiq göstərirlər”.

Mənbədə daha sonra bildiriblər ki, Bakı nəzarət-buraxılış məntəqəsi məsələsini çoxdan qaldırırdı, lakin bu barədə razılığa gəlmək istəyirdi. Hər dəfə bu mövzu təxirə salınırdı. Yekunda qarşı tərəfi sadəcə fakt qarşısında qoymaq lazım gəldi.

Nəşr yazır: “Beləliklə, nəzarət-buraxılış məntəqəsi qurulması ilə bağlı vəziyyət onu göstərir ki, Azərbaycan öz mənafelərini güc işlətməklə təmin edə bilər və bu, ciddi nəticələr doğurmayacaq. İrəvanın yeganə çarəsi bəyanatlar vermək və beynəlxalq birliyə müraciətlər etməkdir. Lakin iri oyunçular da bu vəziyyətə görə narahat olmaları barədə yalnız ümumi ifadələr işlətməklə kifayətlənirlər”.

image-1682417430_16824145275317739481_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image