“Cənab prezident dünənki müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi. Hər bir kəs mövcud durumun necə olduğunu anladı. Prezident öz müsahibəsində hərbi büdcənin artırılmasını ordumuzun daima güclü olması ilə əlaqələndirdi. Cənab prezident öz müsahibəsində bölgədəki vəziyyətə də aydınlıq gətirdi.”- bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, qərb dövlətləri hələ də Ermənistanı qorumaqla məşğuldur.
“İndi Qərbdə də anlayırlar ki, Azərbaycan regionda güc mərkəzidir. Məhz buna görə ordumuz daha da gücləndirlməlidir.”- deyə Cavanşir Feyziyev bildirib.