image-8888backend

“Azərbaycan regionda güc mərkəzinə çevrilib” – CNN

image-reklam_sirab_01

2020-ci ildə Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə nəticəsində Rusiya atəşkəsin yaradılmasında və tərəflərin sülhə yönləndirilməsində vasitəçi kimi çıxış etdi. Vətəninfo.az xəbər verir ki, bunu CNN-in erməni jurnalisti Lara Sedrakyan yazıb.

  ” Əvvəllər Cənubi Qafqazda əsas rolu olan ABŞ və Aİ faktiki olaraq aktiv diplomatiyadan geri çəkilərək Rusiyanın yeganə vasitəçi kimi çıxış etməsinə icazə verdilər. Moskva vəziyyəti sakitləşdirmək və nəzarət etmək üçün sülhməramlılar yerləşdirdi. Ancaq Rusiyanın sülhməramlı qüvvələrini regonda nüfuzunu itirib. İndi Ukraynadakı müharibədə Rusiya regionda güc balansının itirib və Azərbaycan Cənubi Qafqazda diktə edən tərəfə çevrilib. ABŞ və Aİ Cənubi Qafqazda sülhün qorunması hüququnu ağılsızcasına Rusiyaya buraxdılar və bu Rusiyanın Ukraynada biabırçı məğlubiyyətindən sonra regionda Azərbaycanın dominanta çevrilməsinə səbəb oldu. İndi Qərb dövlətləri bu səhvi düzəltmək üçün bütün diplomatik çəkiləri ilə müdaxilə etməyə reallıqda qadir deyillər”, Lara Sedrakyan yazıb.

P.S Erməni jurnalist hesab edir ki, ABŞ regiona müdaxilə etməlidir. Amma unudur ki, reallıq regiondakı güc balanslarının formalaşdırılmasını başa çatdırıb. Artıq ABŞ buradan çox uzaq görünür.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki