image-bez-nazvaniya-2backend

Azərbaycan regionda necə gücə çevrildi? – Araşdırma 

image-reklam_sirab_01

Ukrayna – Rusiya savaşının başlanması dünyada güclərin savaşının təzahürüdür. Sözsüz bu savaşın dünya iqtisaiyyatına vurduğu zərbə hər kəsə bəllidir. Belə bir vəziyyətdə ölkəmiz regionda , ümümilikdə Avropada enerji təhzcizatçısına və tranzit yüklərin daşımaçısına çevrildi.

Azərbaycan Rspublikasının Prezidenti cənab İlham Əliyevin bu və ya digər beynəlxalq təd­­birdə iştirakı da, çıxışı da Azərbaycan dövlətçiliyinin mühafizəsi və müdafiəsi baxımından son dərəc­ədə gərəkli olur. Noyabrın 25-də “Orta Dəhliz boyunca geosiyasət, təhllükəsizlik və iqtisa­diyyat” mövzusunda konfransda çıxışı da belə oldu. Təkzibedilməz bir həqiqətdir ki, təhlükəsizlik və iqtisadi potensialsız bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara ve­ril­məsi məqsədinə nail olmaq mümkün olmayacaq. Sabitlik olmazsa, iqtisadi inkişaf təmin edilə bilməz. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat kimi amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Azərbaycan buna necə nail oldu? Millət vəkili Səbinə Xasayeva Vətəninfo.az saytına açıqlamasında Azərbaycanın necə həm enerji, həm də tranzit yükdaşımaçısına çevrilməsinin detallarını açıqlayıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca geosiyasət, təhllükəsizlik və iqtisa­diyyat” mövzusunda konfransda çıxışında Azərbaycan infra­st­ruk­turun inkişafına uzun illər ərzində sərmayə yatırdığını bildirdi. Beş il bundan əvvəl biz tərəf­daş­larımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüs­tan hissəsinin genişləndiril­mə­sinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi plan­laş­dırırıq. Bu, qürurdur. Hər bir azərbaycanlının qürurudur… Ölkə başçımız həm də böyük qətiyyətlə bildirir ki,  Laçın hava limanı hazır olandan sonra, – hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, – Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da dedi ki,  iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Lakin artıq bu gün biz həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.  Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhm Əliyevin sərəncamları ilə o ərazilırdə quruculuq işləri başlayıb. Ölkə başçımız Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında həm də dedi ki, azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik…” -deyə millət vəkili bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, yüklərin daşın­ma­sı daha asan olacaq.

“Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azər­baycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişlən­diyini nəzərə alsaq, bu hava limanının əhəmiyyəti bəlli olur…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu konfransda çıxışı da Azəbaycanın marqlarını ifadə edir.”- deyə Səbinə Xasayeva qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki