image-329213661_862181058188945_6505918886661848139_nbackend

“Azərbaycan Respublikasının mövqeyi açıq və konkrer olub” -Hərbi ekspert

image-reklam_sirab_01

Ukraynada müharibənin başladığı ilk gündən Azərbaycan Respublikasının mövqeyi açıq və konkrer olub. Biz hər iki ölkə – Rusiya və Ukrayna ilə dərin əlaqələrə malik olan dövlət kimi bu prosesdə yalnız humanitar yardım prosesində iştirak etmişik. Bu gün də Azərbaycanın Ukraynaya humanitar yardımı davam edir. Həmin yardım isə ağır vəziyyətdə olan mülki vətəndaşlara yönəlib.
İndi isə keçək Qubad İbadoğlunun Azərbaycanın Ukraynaya hərbi sursatlarla bağlı yardım etməsinə dair Fb-də yazdığı açıqlamaya.

Əvvəlcə onu deyim ki, müharibə başlayan ilk gündən Azərbaycanın bəzi KİV-lərii, siyasətçi, politoloq və hərbi şərhçiləri, o cümlədən ictimai fəalları Rusiya və Ukraynanın (Əsasən də Ukraynanın) informasiya toruna keçərək, hər iki tərəfin yaydığı məlumatları Quran ayəsi kimi ağına-bozuna baxmadan yayıblar. Nəzərə almayıblar ki, bununla onlar savaşan tərəflərin informasiya müharibəsində vasitəyə çevriliblər.
Qubad İbadoğlunun təsdiqini tapan xəbər kimi yaydığı bu məlumat isə bir neçə aspektdən milli- və dövlət maraqlarımıza zərbə vurur.
Birincisi, Azərbaycan birmənalı olaraq, istək və təkliflərə baxmayaraq, nə Rusiyaya, nə də Ukraynaya silah və sursat satmır. Bu Azərbaycan dövlətinin siyasi iradəsidir ki, müharibə edən tərəflər də dövlətimizin bu qərarına hörmətlə yanaşırlar.

İkincisi, Azərbaycan məhsulunun Ukrayna ordusuna gedib çıxması da faciə deyil. Çünki ölkəmiz dünyanın onlarla dövlətinə müdafiə sənayesi məhsulu satır. Bunların içərisində silah və sursatlar da var. Yəni, məsələn, Afrikanın, Asiyanın hansısa ölkəsi 2 il əvvəl bizdən öz “son istifadəçi” sənədi ilə aldığı silah və sursatı Ukraynaya göndəribsə, burada Azərbaycanın heç bir mövqeyi ola bilməz.
İkincisi, bütün satınalmalar BMT-nin reysterində qeyd olunur.
Üçüncüsü isə özünü siyasətçi, Azərbaycanın milli maraqlarını düşünən şəxs kimi təqdim edən Qubad İbadoğlu anlamalı idi ki, hətta bu fakt olsa belə, reklam edilməsinə ehtiyac yoxdur. Nəinki ehtiyac yoxdur, hətta bunu etmək olmaz.

Sözüm Qubad İbadoğluna və onunla eyni mövqedə olan şəxslərədir: Biraz azərbaycançılığınız olsun. Məsələlərə şəxsi prizmadan baxdığınız bəsdir. Azacıq da olsa hadisələrə milli, dövlət və Azərbaycan maraqlarından yanaşma nümayiş etdirin.

Ramil Məmmədli

Hərbi ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki