image-qalatasaray995backend

Azərbaycan şirkəti “Qalatasaray”ın sponsoru olur?

image-reklam_sirab_01

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsoru ola bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb. Şirkət nümayəndələri ilə klub təmsilçiləri arasında görüşlərin davam etdiyi bildirilir.

Razılaşmanın həm maddi, həm də idman tərəfləri var. SOCAR 4 il müddətinə hər mövsüm üçün İstanbul klubuna 20-25 milyon avro ödəyəcəcək. “Cim-bom”un ev oyunlarını keçirdiyi stadion SOCAR-ın adını daşıyacaq.

Bundan başqa, SOCAR yeni mövsümün əvvəlində “Qalatasaray”ın bir ulduz transferinin maliyyə xərclərini qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl SOCAR-ın “Trabzonspor”a sponsor olacağını iddia edirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki