image-1backend

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı üzrə danışıqlar aparıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Mashregh News saytı iddia edir ki, Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı üzrə danışıqlar aparıb.

Sayt yazır:
“Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbif Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupmanla görüşdən sonra X kanalında yazıb: “Biz Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı, xüsusilə də Orta Dəhlizin inkişafı məsələlərini müzakirə etdik”.
Avropa Komissiyasının məlumatına görə, Rusiyanın Ukraynaya hücumu Avropa və Asiya arasında Rusiyadan keçməyən etibarlı və səmərəli alternativ ticarət yollarının tapılmasının vacibliyini artırıb.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əksinə yük daşımalarını əhatə edir.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi MDB ölkələrinə göstərilən texniki yardım çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihədir. Azərbaycan Respublikası Orta Dəhlizin inkişafına önəm verir və bu istiqamətdə layihələrin həyata keçirilməsini diqqət mərkəzində saxlayıb.
Qeyd edək ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə tranzit yüklər daşıyan xarici və Azərbaycan yük avtomobillərinin sayı xeyli artıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycan son illər Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib.
Ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükgötürmə qabiliyyətinin artırılması, habelə nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı iri layihələr həyata keçirilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki