image-img_0539backend

Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğulayıblar

image-reklam_sirab_01

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iki qonşu ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasının zəruriliyini vurğulayıblar.

Vətəninfo.az Trend.az-a istinadən xəbər verir ki,bu barədə səfir “X” sosial şəbəkəsində yazıb.

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyim görüşdə biz Cənubi Qafqaz regionunda baş verən son hadisələri və İran və Azərbaycan arasında ikitərəfli münasibətləri nəzərdən keçirdik. Biz iki qonşu dövlət arasında münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğuladıq”, – deyə paylaşımda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki