image-bez-nazvaniya-1backend

Azərbaycan və  Türkiyənin birgə  təlimləri kimləri qıcıqlandırır? – VİDEO  

image-reklam_sirab_01

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının (İranla sərhəd ərazi-red) ərazilərini əhatə edir.

“Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Bu təlimlərin keçirilməsi rəsmi Tehranın əndişələnməsinə səbəb olub. İran tərəfi öz narahatlığını və əndişələnməsini açıq şəkildə biruzə verir.

“Təlimlər onu deməyə əsas verir ki, biz öz yolumuzdayıq. İranın iddialarına cavab olaraq Azərbaycan bu təlimləri keçirdir. Rəsmi Tehran bilməlidir, Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir təhdid cavabsız qalmayacaq” – Ulusal.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində millət vəkili Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda:

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki