image-1669474375-638226ac91b40638226ac91b411669473964638226ac91b3e638226ac91b3fbackend

Azərbaycanda baş redaktor faciəli şəkildə öldü

image-reklam_sirab_01

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Vətəninfo.az Apa-ya istinadən xəbər verir ki, “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki