image-55jpg-1680167957backend

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

image-reklam_sirab_01

Azərbaycan xüsusi-xidmət orqanlarının İran kəşfiyyatına bağlı şəxslərə qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Vətəninfo.az xəbər verir ki, Bakupost.az Neftçalada keçirilən xüsusi əməliyyat nəticəsində İlham və Ramil adlı iki nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib. İlhamın qəssab olduğu, Ramilin isə Neftçalada “Xalqbank”da çalışdığı iddia edilir.

“Mouze” Teleqram kanalı isə Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayev adlı İran xüsusi xidmət orqanlarına bağlı olan şəxslərin həbs edildiyini yazıb.

Qeyd edək ki, saxlanılanlarla bağlı rəsmi açıqlama yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki