image-bez-nazvaniya-1backend

“Azərbaycanın keçirdiyi hərbi təlim İrana qarşı yönəlib”- SEPAH mediasından sərsəm iddia

image-reklam_sirab_01
İran rəsmi mediası Türkiyə və Azərbaycan hərbi təlimlərinin İrana qaşı yönəldiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu haqda İranın  “Sepah Cybery” adlı farsdilli “Telegram” kanalı yazıb.
Kanal daha sonra işğalçı Ermənistanın qaniçən deputatı adından cəfəng iddia ortaya atıb: “Ermənistan parlamentinin üzvü və bu ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan Azərbaycanla Türkiyənin keçirdiyi birgə təlimin İrana və Ermənistan əleyhinə olduğunu bildirib.
Ohanyan deyib: “Türkiyənin hərbi təlimləri açıq şəkildə İrana qarşı da həyata keçirilir. Buna görə, İran uzun müddətdir ki, regionda, xüsusən də Sünik (Zəngəzur) vilayətində hər hansı sərhəd dəyişikliyinin qəbuledilməz olduğunu deyir”.
Ohanyan Ermənistanla İranın dostluğuna da toxunub və İranın bölgədə çox ciddi rola malik olduğunu vurğulayıb.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki