image-444backend

Azərbaycanın Təbrizdəki konsulluğu bağlanacaq? – Açıqlama

image-reklam_sirab_01
İran XİN sözçüsü bildirib ki, İran tərəfindən “Bakının” Təbrizdəki konsulluğunun bağlanmasına dair hər hansı plan yoxdur.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş son insidentdən sonra bu ölkənin Təbrizdəki konsulluğunun fəaliyyəti barədə deyib: “İran İslam Respublikasının qonşu dövlətlərlə münasibətlərlə bağlı rəsmi siyasəti əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulub”.
Daha öncə o, İran İslam Respublikasının bu faciəvi hadisənin aspektlərini aradan qaldırmaq üçün bütün lazımi səyləri göstərdiyini və baş vermiş hadisəyə görə iki ölkə münasibətlərinə təsir etməməyə çalışdığını və tərəflərin məsələni mehriban atmosferdə araşdıra biləcəklərini vurğulamışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki