image-ugurbackend

Azərbaycanın uğurlu addımları

image-reklam_sirab_01

Məlumdur ki, covid-19 pandemiyası  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Bundan sonra, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Zamanla yayılaraq bütün dünyanı əhatə edən pandemiya Azərbaycandan da yan keçmədi. Azərbaycanda ilk yoluxma faktı 2020-ci il fevral ayının sonlarında qeydə alınmışdır. Bundan sonra isə Azərbaycan da bu pandemiya ilə mübarizəyə başladı. Bu mübarizəni azərbaycan öz maliyyə resursları hesabına həyata keçirdi. 2021-ci ilin yanvar ayının ortalarından etibarən isə azərbaycanda peyvəndləmə kampaniyası başlanılıb.1 ildən çoxdur ki, Azərbaycan covid-19 pandemiyasına qarşı uğurlu mübarizəni davam etdirir. Artıq 2021-ci ilin sentyabr ayından  təhsil ocaqları, mədəniyyət obyektləri, idman zalları, ictimai nəqliyyat və s. öz fəaliyyətini bərpa edib. Gün keçdikcə karantində yumuşalmalar daha da artır və bütün bunlar isə Azərbaycanın koronavirusa qarşı mübarizəsinin uğurlu nəticələri sayəsindədir. Hətta azərbaycanın bu mübarizədəki təşəbbüsləri beynəlxalq səviyyədə qəbul edilib və 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.

Azərbaycan pandemiya dövründə qonşu ölkələrdən də öz yardımını əsirgəməmişdir. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib.

Əfsuslar olsun ki, dünyanın zəngin ölkələri tərəfindən peyvəndlər öz ehtiyaclarından artıq alınmışdır. Azərbaycan isə bu hala qarşı səssiz durmamış, öz narazılığını bildirmişdir.Çünki bu hadisə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərlik yaradır. Belə hərəkətlər isə inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Bu pandemiya dünya miqyasında yayılmış bir pandemiya olduğuna görə bütün ölkələr bərabər şəkildə davranmalı, insanların qorunmasını təmin etməlidir. “Peyvənd millətçiliyi” ilə bağlı olan məsələlərə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Azərbaycanın təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilmişdir. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənmişdir.

 

Nəsimi rayon gənci

İbadova Günay

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki