Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Vətəninfo.az diplomatın dosyesini təqdim edir:
F.İsmayılov Bakı Dövlət Universitetində və Nitsa Sofiya Antipolis Universitetində bakalavr, daha sonra, Brüssel Universitetində və Harvard Kennedi Məktəbində müvafiq olaraq Avropaya inteqrasiya və dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
Diplomatik fəaliyyətə 2000-ci illərdə başlayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi olub.
Müxtəlif vaxtlarda Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsində, Avropa İttifaqı yanında nümayəndəlikdə və Avropa Şurası yanında daimi nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.


























