image-photo-2021-10-18-10-31-00-1backend

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir.

image-reklam_sirab_01

Azərbaycanın xarici siyasəti uğurlu və məqsədyönlüdür . Azərbaycan xarici siyasətini açıq şəkildə ifadə edir .1991ci il 18 oktyabr tarixindən Azərbaycan öz müstəqilliyini xarici ölkələrə tanıtmağa başlayıb. Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi.
Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.
İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.
Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 25 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xarici aləmdə daha müstəqil , multikultural , tolerant dövlət kimi tanınır. Azərbaycanın müstəqilliyini tanıyan bu ölkələrdir :
Türkiyə – 9 noyabr 1991
Estoniya – 6 dekabr 1991
Rumıniya – 11 dekabr 1991
Pakistan – 12 dekabr 1991
Litva – 20 dekabr 1991
İsveçrə – 23 dekabr 1991
İran – 25 dekabr 1991
İsrail – 25 dekabr 1991
Böyük Britaniya – 26 dekabr 1991
Macarıstan – 26 dekabr 1991
Avstraliya – 26 dekabr 1991
Birləşmiş Ərəb Əmirlikləri – 26 dekabr 1991
Hindistan – 26 dekabr 1991
Misir – 26 dekabr 1991
Polşa – 27 dekabr 1991
Çin – 27 dekabr 1991
Xorvatiya – 28 dekabr 1991
İndoneziya – 28 dekabr 1991
Finlandiya – 30 dekabr 1991
Səudiyyə Ərəbistanı – 30 dekabr 1991
Liviya – 30 dekabr 1991
Mərakeş – 30 dekabr 1991
Belçika – 31 dekabr 1991
Danimarka – 31 dekabr 1991
Lüksemburq – 31 dekabr 1991
Niderland – 31 dekabr 1991
Yunanıstan – 31 dekabr 1991
İspaniya – 31 dekabr 1991
Yaponiya – dekabr 1991
İtaliya – 1 yanvar 1992
Norveç – 2 yanvar 1992
İraq – 2 yanvar 1992
Fransa – 3 yanvar 1992
Albaniya – 4 yanvar 1992
Portuqaliya – 7 yanvar 1992
Çexiya – 8 yanvar 1992
Latviya – 8 yanvar 1992
Almaniya – 12 yanvar 1992
Bolqarıstan – 14 yanvar 1992
Avstriya – 15 yanvar 1992
İsveç – 16 yanvar 1992
İslandiya – 19 yanvar 1992
ABŞ – 28 fevral 1992
Vatikan – 23 may 1992…

1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da dövlət müstəqilliyi haqda konstitusiya aktı referendumla təsdiqlənib.

Nəsimi gənci: Bəxtiyar Yusifzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki