image-9999backend

Azərbaycanlı fəal kürəyindən güllələnib: Məhkəmə açıqladı

image-reklam_sirab_01
Sentyabrın 22-də qətlə yetirilən azərbaycanlı fəal Cavad Heydərinin kürəyindən güllə ilə öldürüldüyü məlum olub. Vətəninfo.az xəbər verir ki,  Qəzvin əyalətinin məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən  güneyli fəal Cavad Heydəri arxadan güllələnərək öldürülüb.
Güney Azərbaycanın Qəzvin şəhərində son etirazların qurbanlarından olan Cavad Heydərinin bacısı Fatimə Heydəri qardaşının “dəfn icazəsi”ndə yazıb ki, sentyabrın 22-də polis qardaşını arxadan güllələyərək öldürüb.
Bundan öncə Qəzvin əyalətinin polis komandanlığı son etirazlar zamanı ölənlər barədə yaydığı məlumatda polis qüvvələrinin havaya atəş açdığını bildirib.
Qəzvin polis komandanlığının açıqlamasına baxmayaraq, sosial mediada polis qüvvələrinin etirazçılara atəş açmasına dair çoxlu video və sənədli görüntülər yayılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki