image-1backend

Azərbaycanlı influenserlər 30,000 dollardan çox qazandılar – Bu yolla

image-reklam_sirab_01

Mənə sızan məlumatlara görə ötən ay bir neçə bloger “trendyol” linklərindən hər biri ayrılıqda 30,000 $-dan çox pul qazanıb.

Vətəninfo.az xəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu məbləği qazanan influenserlər vergiləri də vaxtlı-vaxtında ödəyirlər.

“Siz bloqerlərin paylaşdığı kodlardan istifadə edəndə aldığınız məhsulun tam dəyəri həmin bloqerə ödənilir. İnanılması çətin olsa da, belədir. Ona görə də “Influencer”lərin aqressiv şəkildə link paylaşdığını görürük. Məqsədim kiminsə işinə kölgə salmaq deyil. Sadəcə məlumat kimi bölüşmüşəm. Qazananları tanıyıram və vergisini ödəyir.

Başa düşmürəm burada pis nə var axı? Mən sadəcə məlumat bölüşmüşəm. Yəni niyə bu qədər link var deyə. Sadəcə sahə nə qədər gəlirlidir, onu çatdırıram. Bəziləri paxıllıq edirsə, mən nə edim? Mən də blogerəm. “Trendyol”u da reklam edə bilərəm. Amma qadın bədəni üzərindən reklam edən bir şirkəti dəstəkləmirəm. Çox böyüdürsüz bəzi şeyləri”, – ekspert əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki