Rusiyada azərbaycanlı iş adamı xüsusi amansızlıqla qətlə yetirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Shot telegram kanalı məlumat yayıb.Qətl Dağıstanın Xasavyurt şəhərində törədilib. 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub. İş adamı vəhşicəsinə döyülərək öldürülüb. Qətl zamanı onun həyat yoldaşı da evdə olub. Deyilənə görə, Cabirin kiçik məişət texnikası və qab-qacaq dükanı olub. Dünən axşam o, Dubaydan Xasavyurta qayıdıb. Hazırda polis qətli törədən şəxsləri axtarır.