image-8e73ba82-6e6d-47f3-9803-5dded8c6b78dbackend

Azərbaycanlı xilasedicilər dağıntılar arasından tapdıqları qızıl-zinət əşyalarını polisə təhvil veriblər

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Qəhramanmaraşda zəlzələ nəticəsində dağılmış çoxmənzilli binaların dağıntıları üzərində işləyən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin xilasediciləri tapdıqları qızıl-zinət əşyalarını polisə təhvil verib.

Qəhramanmaraşın “Bazarcıq” rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə zəlzələlər şəhərdə böyük dağıntılara səbəb olub. Zəlzələdən dərhal sonra axtarış-xilasetmə işlərinə qatılan Azərbaycan FHN-nin xilasediciləri dağılmış bina qalıqları üzərində iş aparıb. “Telvizoğlu” binanın dağıntıları altında işləyən azərbaycanlı xilasedicilər tapdıqları qızıl-zinət əşyalarını bir-bir sayaraq polisə təhvil veriblər.

http://https://www.iha.com.tr/video-azerbaycanli-ekipler-enkazda-bulduklari-ziynet-esyalarini-polis-teslim-etti-251593/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki