Rumıniya sahillərində Qara dənizdə Tanzaniya bayraqlı sirli yük gəmisi batmaq təhlükəsi ilə üzləşib. Rumıniya mənbələrinin məlumatına görə , AMANOS-un ekipaj üzvləri arasında altı Azərbaycan və iki Türkiyə vətəndaşı da var.Vətəninfo.az xəbər verir ki, bu barədə Haqqin.az yazır .
“AMANOS Rumıniyanın Manqaliya şəhərindən 1,5 dəniz mili uzaqlıqda SOS siqnalı göndərdi . Gəminin heyəti Rumıniya sahil mühafizə xidmətinə müraciət edərək, gəminin burnunun qırıldığını və suyun içəriyə axdığını bildirib . Rumıniyanın ” Fenix “, ” Briso ” və ” Teia ” xilasetmə gəmiləri dərhal gəminin olduğu yerə yola düşüb.
Marinetraffic saytında bu yük gəmisinin 1978-ci ildə inşa edildiyi bildirilir , gəminin hazırkı sahibi haqqında məlumat məxfidir. Avqustun 14- də gəmi Ukraynanın Odessa vilayətinin İzmail limanını tərk edib , lakin son təyinat yeri dəqiqləşdirilməyib ”, – media yazır.


























