image-1backend

“Azərsilah” dövlət qeydiyyatına alındı

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində yaradılmış “Azərsilah” Müdafiə

Sənayesi Holdinqi QSC-ni dövlət qeydiyyatına alıb.

Vətəninfo.az xəbər verir ki, yeni şirkət MSN ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 40-da

qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 500 milyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 500 milyon ədəd adi səhm

əsasında formalaşıb. Səhmdar cəmiyyətinin qanuni təmsilçisi isə Emil Əhməd oğlu İbrahimovdur.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 7-də “Azərsilah”ın yaradılması haqqında fərman imzalayıb. Bu il fevralın

21-də Nazirlər Kabineti qurumun Nizamnaməsini, strukturunu və işçilərinin say həddini təsdiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki