Fənərbaxçanın sabiq prezidenti Aziz Yıldırım klubun futbolçu transferləri üzrə ödənilməmiş borclarının məbləğini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, onun təqdim etdiyi məlumata görə, İstanbul təmsilçisinin müxtəlif transferlərlə bağlı ümumilikdə milyonlarla avro məbləğində öhdəliyi qalıb.
Ödənilməmiş məbləğlər aşağıdakılardır:
Sofyan Amrabat – 8 milyon avro
Talisca – “Al-Nassr”a 5 milyon avro
Cengiz Ünder – “Marseille”ə 3 milyon avro
En-Nesyri – “Sevilla”ya 2 milyon 925 min avro
Ederson – “Manchester City”yə 2 milyon 707 min avro
Çağlar Söyüncü – 2 milyon 340 min avro
Diego Carlos – “Aston Villa”ya 2 milyon avro
Skriniar – PSJ-yə 2 milyon avro
Szymanski – 1 milyon avro
Amara Diouf – 950 min avro
Batshuayi – “Chelsea”yə 500 min avro
Asensio – PSJ-yə 500 min avro
Beləliklə, açıqlanan məlumatlara əsasən, Fənərbaxçanın sadalanan transferlər üzrə ödənilməmiş borclarının ümumi məbləği 30 milyon 922 min avro təşkil edir.


























