image-326760880_3344006115840062_3437066154553232111_nbackend

AZPROMO-nun xaricdə heç bir təmsilçisi yoxdur

image-reklam_sirab_01
“Qubanın icra başçısı Ziyəddin Əliyevlə bağlı son yazım ilə əlaqədar AZPROMO-nun ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, yazıda adı çəkilən Ramin Şükürov adlı şəxs AZPROMO-nun Avstriyadakı təmsilçisi deyil və ümumiyyətlə AZPROMO-nun xaricdə heç bir təmsilçisi yoxdur. İlyarım əvvəl AZPROMO fond statusundan agentlik statusuna keçdikdən sonra bütün təmsilçiliklər ləğv edilib.” –Vətəninfo.az xəbər verir ki, bunu sosial şəbəkədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Jurnalist daha sonra əlavə edib ki, məlumat üçün bildirim ki, Ramin Şükürovun AZPROMO-nu (fond kimi qeyd olunur) təmsil etməsi barədə məlumat onun Linkedin səhifəsində əksini tapıb. Orada qeyd olunur ki, Ramin Şükürov 2014-cü ildən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun Avstriyadakı nümayəndəsidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki