“Bakı mədəniyyət şəhəri olmaqla bərabər, mədəniyyətsizlik şəhərinə çevrilməyə davam edir”.
Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd etdiyi mədəniyyətsizliyin səbəbini belə izah edib:
“Yasamalda yanğın oldu. Amma yanğınsöndürən maşınlar daxil ola bilmədi. Səbəb isə binaların çox yaxın tikilməsidir. Belə yerlərdə nə təcili yardım, nə də yanğınsöndürənlər hadisə yerinə girə bilmir”.
Mustafanın fikrincə,binalara necə gəldi, kiminsə cibinə pul basmaqla icazə verilibsə, bu problem sonradan fəsadlar törədir:
“Necə ola bilər ki, icazə verəsən ki, binanın lap yaxınlığında bina tikilir, amma yanğısöndürən üçün yer olmasın.
Sədərəkdə neçə dəfə yanğın olub, amma yanğınsöndürənlər daxil ola bilməyib. Biz bu mədəniyyətsizliyi aradan qaldırmalıyıq”.