image-qobustan-qeza-3-yanvar-anbaanbackend

Bakı-Qazax yolundakı dəhşətli qəzanın anbaan görüntüləri – Video

image-reklam_sirab_01
Xəbər verdiyimiz kimi, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində güclü yanğın olub.
Vətəninfo.az
 xəbər verir ki, sosial şəbəkələrdə sözügedən qəzanın təhlükəsizlik kameraları vasitəsilə çəkilmiş anbaan kadrları yayılıb.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, qəzada “Opel” markalı 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “Kamaz” markalı 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki